Əsas Səhifə > Hadisə > “Google” Türkiyəyə 15 milyon dollar ödəyəcək

“Google” Türkiyəyə 15 milyon dollar ödəyəcək


20-09-2018, 20:12
“Google” Türkiyəyə 15 milyon dollar ödəyəcək

Türkiyənin antiinhisar komitəsi “Google” şirkətini 93 milyon türk lirəsi (15 milyon dollar) məbləğində cərimə etmək barədə qərar qəbul edib.

Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, belə qərara səbəb mobil qurğular üçün proqram təminatı sahəsində rəqabət haqqında mövcud qanunvericiliyin pozulmasıdır.

Cərimə “Google”, “Google International” və “Google Reklamcilik” şirkətlərinə tətbiq edilib.

Adıçəkilən şirkətlər 6 ay ərzində pozuntuları aradan qaldırmalı və bazarda effektiv rəqabəti bərpa etməlidirlər.


Rubrika.Az
Geri qayıt