Əsas Səhifə > Hadisə > Azərbaycan neftinin son qiyməti
Azərbaycan neftinin son qiyməti20-09-2018, 23:44 |
![]() CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 19-da 80,69 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 0,03 dollar/barel çoxdur. Rubrika.Az xeber verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 19-da 79,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,05 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 19-da 77,51 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,06 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 19-da 79,22 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,11 dollar/barel çoxdur. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin Rubrika.Az Geri qayıt |