Əsas Səhifə > İdman > "Qarabağ"a qol vuran futbolçu: "Ən önəmlisi qələbə qazanmağımızdır”
"Qarabağ"a qol vuran futbolçu: "Ən önəmlisi qələbə qazanmağımızdır”21-09-2018, 10:40 |
![]() “Avropa Liqasında ilk qolumu vurduğum üçün xoşbəxtəm. Bu, hər zaman xüsusidir. Amma ən önəmlisi qələbə qazanmağımızdır”. Rubrika.Az “Report”a istinadən xəbər verir ki, bunu Avropa Liqasının qrup mərhələsinin I turunda Portuqaliya təmsilçisi “Sportinq”in “Qarabağ”ı 2:0 hesabı ilə məğlub etdiyi görüşdə ilk qolu vuran Rafinya deyib. Matçın 54-cü dəqiqəsində hesabı açan, 88-ci dəqiqədə isə komanda yoldaşı Jovane Kabrala məhsuldar ötürmə verən braziliyalı forvard bildirib ki, oyun gözlədikləri kmi çətin keçib: “Qarabağ” matça çox ciddi hazırlaşmışdı. Amma biz bu səddi adlamağı bacardıq. Yarışa qələbə ilə başlamaq çox vacibdir. Bundan sonra da öz oyunumuzu sərgiləyərək, qalibiyyət haqda düşünməliyik”. Qeyd edək ki, “Qarabağ” oktyabrın 4-də II tur çərçivəsində İngiltərənin “Arsenal” komandasını qəbul edəcək. “Sportinq” isə Ukraynada “Vorskla”nın qonağı olacaq. Rubrika.Az Geri qayıt |