Əsas Səhifə > Hadisə > DİN Bakıda 4 nəfərin ölümü ilə nəticələnən ağır qəza ilə bağlı məlumat yayıb
DİN Bakıda 4 nəfərin ölümü ilə nəticələnən ağır qəza ilə bağlı məlumat yayıb21-09-2018, 15:38 |
![]() Daxili İşlər Nazirliyi (DİN) ötən gün Bakıda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb. Rubrika.Az-ın “Report”a istinadən xəbərinə görə, məlumatda bildirilib ki, sentyabrın 20-də saat 18 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Anar Əzimov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı metal dirəyə vurub. Nəticədə sürücü və sərnişinləri - həmyerliləri Həsən Məmmədsadıqov, Nurlan Rüstəmov və Qəbələ rayon sakini Hafiz Bilalov hadisə yerində ölüblər. Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. Rubrika.Az Geri qayıt |