Əsas Səhifə > Hadisə > Qanunsuz ov edən şəxs min manat cərimələndi

Qanunsuz ov edən şəxs min manat cərimələndi


21-09-2018, 18:10
Qanunsuz ov edən şəxs min manat cərimələndi


Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində icazəsiz ov edən şəxs saxlanılıb.

Rubrika.Az xeber verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, araşdırma zamanı təqsirkar şəxsin Biləsuvar rayon Xırmandalı kənd sakini Elçin Əhədov olduğu məlum olub.

Faktla bağlı E.Əhədov barəsində akt, protokol tərtib edilib və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub. Ondan ov tüfəngi, patron və 4 gərəf quşu götürülüb.


Rubrika.Az
Geri qayıt