Əsas Səhifə > Hadisə > İranda hərbi paradda terror aktı - YENİLƏNİB
İranda hərbi paradda terror aktı - YENİLƏNİB22-09-2018, 11:15 |
|
İranda hərbi paradda törədilən terror aktı zamanı 8 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Rubrika.Az-ın Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Məlumatda həmçinin bildirilir ki, atışma zamanı hücum edənlərdən ikisi zərərsizləşdirilib, daha iki yaraqlının isə axtarışları davam edir. 10:37 İranın Əhvaz şəhərində terror aktı törədilib. Hadisə zamanı bir neçə nəfər ölüb. Oxu.Az İranın “Press TV” telekanalına istinadla xəbər verir ki, naməlum şəxslər hərbi paradın iştirakçılarına və tamaşaçılarına atəş açıb. “Əhvaz şəhərində baş verən terror aktı nəticəsində bir neçə nəfər ölüb”, - telekanalının məlumatında deyilir. Rubrika.Az Geri qayıt |