Əsas Səhifə > Dünya > İranda matəm elan olundu
İranda matəm elan olundu24-09-2018, 02:09 |
|
İranın Əhvaz şəhərində hərbi paraddakı terror aktından sonra bazar ertəsi, sentyabrın 24-ü milli matəm günü elan edilib. Rubrika.Az-ın Oxu.Az-a istinadla xəbərinə görə, bu barədə İran prezidentinin rəsmi saytında məlumat verilir. Ölkə hökuməti bütün ölənlərin və yaralıların ailələrinə başsağlığı verib. Qeyd edilir ki, terror aktı nəticəsində ölənlər sentyabrın 24-də torpağa tapşırılacaq. Bundan əlavə rəsmi Tehran qonşu dövlətləri terror aktında əli olan qruplaşmalara qarşı ciddi tədbirlər görməyə çağırıb. Rubrika.Az Geri qayıt |