Əsas Səhifə > Hadisə > Təcili yardım maşını piyadanı vurub öldürüb
Təcili yardım maşını piyadanı vurub öldürüb24-09-2018, 02:23 |
|
Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rubrika.Az Report-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Uzuntəpə kəndində qeydə alınıb. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasına məxsus "Mercedes" markalı avtomobil Məlikqasımlı kənd sakini, 1948-ci il təvəllüdlü Nuriyeva Afizə Sayadxan qızını vurub. A.Nuriyeva aldığı xəsarətdən hadisə yerində ölüb. Məlumata görə, təcili yardım avtomobili xəstə aparırmış. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |