Əsas Səhifə > Hadisə > Əcnəbi həkimlərin Dağlıq Qarabağa qanunsuz səfəri araşdırılır

Əcnəbi həkimlərin Dağlıq Qarabağa qanunsuz səfəri araşdırılır


24-09-2018, 19:22
Əcnəbi həkimlərin Dağlıq Qarabağa qanunsuz səfəri araşdırılır

Bir qrup həkimin Ermənistan tərəfindən işğal olunan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə bağlı araşdırmalara başlanılıb.

Rubrika.Az xeber verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Kütləvi informasiya vasitələrində Cənubi Kaliforniyanın Adventist Sağlamlıq Təşkilatından olan bir qrup həkimin cari il sentyabrın 22-26-da ölkəmizin işğal olunmuş ərazilərinə səfəri ilə bağlı yayılan məlumat tərəfimizdən araşdırılmaqdadır və bununla əlaqədar aidiyyəti diplomatik nümayəndəliklərimizə müvafiq tapşırıqlar verilib", - deyə nazirlikdən bildirilib.


Rubrika.Az
Geri qayıt