Əsas Səhifə > Hadisə > Putinlə birlikdə Azərbaycana Rusiya biznesi gəlir - VİDEO

Putinlə birlikdə Azərbaycana Rusiya biznesi gəlir - VİDEO


24-09-2018, 21:40
Putinlə birlikdə Azərbaycana Rusiya biznesi gəlir - VİDEO

İki gündən sonra - sentyabrın 25-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana səfərə gələcək. Bu cavab səfəri Bakıda Rusiya-Azərbaycan Regionlararası forumun keçirildiyi günlərə təsadüf edəcək və iki dövlətin çoxşaxəli əməkdaşlığının təzahürü olacaq.

Rubrika.Az Musavat.com-a istinaden xeber verir ki, Rusiyalı jurnalist Andrey Şapoşnikov “Moskva-Baku.ru” portalı üçün hazırladığı süjetdə bildirir ki, hazırda Rusiya ilə Azərbaycanın münasibətləri ən yüksək nöqtəsinə çatıb.

Azərbaycan Rusiyanın regionda iqtisadi, siyasi və hərbi məsələlər üzrə əsas müttəfiqinə çevrilib. İki ölkənin biznesi müxtəlif sahələrdə sıx əlaqədədir, ölkələr logistika layihələrini fəal şəkildə inkişaf etdirirlər ki, bunların arasında Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur.

İndi isə Xəzərdə əməkdaşlıq iqtisadi əlaqələrin fəallaşması üçün əsas istiqamətlərdən biridir. Bakıya Putinlə birlikdə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin də gəlir və özü ilə Rusiya biznesini gətirir. Azərbaycanda artıq “KamAZ”, “QAZ”, “LUKoil” və başqa nəhəng şirkətlər fəaliyyət göstərir.




Rubrika.Az
Geri qayıt