Əsas Səhifə > Hadisə > Energetika Nazirliyi Azərbaycan, İran və Gürcüstanın enerji sistemlərinin birləşdirilməsi barədə (ÖZƏL)
Energetika Nazirliyi Azərbaycan, İran və Gürcüstanın enerji sistemlərinin birləşdirilməsi barədə (ÖZƏL)24-09-2018, 23:30 |
|
Azərbaycan-İran-Gürcüstan elektrik dəhlizinin yaradılması prioritet məsələlərdən biridir. Rubrika.Az xeber verir ki, bunu Trend-ə Azərbaycan Energetika Nazirliyindən bildiriblər. Nazirlikdən deyiblər: “Azərbaycan və Gürcüstanın enerji sistemləri arasında elektrik enerjisi idxal-ixracının mövcud texniki gücü 650 meqavatt, Azərbaycan və İran arasında 400 meqavatt təşkil edir. Bu güclərin artırılması ilə bağlı tədbirlər aparılır, həmçinin Azərbaycan-İran-Gürcüstan enerji dəhlizinin inkişafı üzrə danışıqlar gedir”. Qeyd olunub ki, hazırda Rusiya Energetika Nazirliyi ilə “Yaşma-Dərbənd” ikinci dövlətlərarası elektrik ötürücü xəttinin tikilməsi barədə danışıqlar aparılır: “Azərbaycan, Rusiya və İran energetika nazirləri müavinlərinin bu ilin aprelində Bakıda keçirilmiş üçtərəfli görüşü zamanı Azərbaycan və Rusiyanın enerji sistemləri arasında 330 kilovoltluq “Yaşma-Dərbənd” ikinci dövlətlərarası elektrik ötürücü xəttinin tikilməsi ilə bağlı tədbirlər barədə razılıq əldə edilib. Bu razılıq əsasında işçi qrupu çərçivəsində iki ölkə nümayəndələri arasında müzakirələr davam etdirilir”. Rubrika.Az Geri qayıt |