Əsas Səhifə > Hadisə > Azərbaycanlılardan ibarət dəstə Moskvada bankomat oğurladı

Azərbaycanlılardan ibarət dəstə Moskvada bankomat oğurladı


25-09-2018, 15:14
Azərbaycanlılardan ibarət dəstə Moskvada bankomat oğurladı

Moskvada dəfələrlə məhkum olunmuş altı azərbaycanlı “Sovkombank”ın ödəmə terminalını oğurlayıblar, ancaq tezliklə polis tərəfindən yaxalanıblar.

Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, bununla bağlı paytaxtın daxili işlər idarəsinin mətbuat xidməti məlumat yayıb.

Təhlükəsizlik kameraları cinayətkarların törətdiyi hadisələri lentə alıb.


Hadisəni törətdikdən sonra onlar “Hyundai Solaris” markalı avtomobillə oradan uzaqlaşıblar. Ancaq isti izlərlə aparılan araşdırmalar nəticəsində onlar saxlanılıb. Cinayətkarlar bankomatdakı pulu çıxara bilməyiblər. Ümumilikdə banka 290 min rubl zərər dəyib.

Saxlanılan şəxslərin 22-40 yaşlarında altı azərbaycanlı olduğu bildirilib. Faktla bağlı araşdırmalar aparılır.

Rubrika.Az
Geri qayıt