Əsas Səhifə > Hadisə > ABŞ-ın Madaqaskardakı diplomatı evində ölü tapıldı
ABŞ-ın Madaqaskardakı diplomatı evində ölü tapıldı25-09-2018, 18:44 |
|
Amerika Birləşmiş Ştatların Madaqaskarda peşəkar diplomatı həlak olub. Rubrika.Az Oxu.Az-a istinaden xəbərinə görə, bununla bağlı məlumat verən Dövlət Departamentinin mətbuat katibi Hizer Noyert əlavə edib ki, amerikalının ölümündə şübhəli bilinən şəxs saxlanılıb və yerli hakimiyyət nümayəndələri ilə ABŞ-ın rəsmi şəxsləri təhqiqat aparırlar. Qeyd edək ki, adı bilinməyən diplomatın meyiti cümə günü gecə saatlarında öz evində tapılıb. Onun ölüm səbəbləri hələ ki açıqlanmır. H.Noyert mərhumun ailəsinə və ABŞ-ın Antananarivudakı səfirliyinin əməkdaşlarına başsağlığı verib. O, ailə üzvlərinə hörmət əlaməti olaraq və istintaqın davam etməsi səbəbindən insidentlə bağlı əlavə məlumat verməkdən imtina edib. Rubrika.Az Geri qayıt |