Əsas Səhifə > Hadisə > Salyanda maşın traktora çırpılıb, 3 nəfər xəsarət alıb
Salyanda maşın traktora çırpılıb, 3 nəfər xəsarət alıb25-09-2018, 23:31 |
![]() Axşam saatlarında Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Rubrika.Az “Report”un Aran bürosu -na istinaden xəbər verir ki, rayonun Alçalı kəndi ərazisi ilə hərəkətdə olan “VAZ-2106” markalı avtomobil qarşıda gedən qoşqulu traktora çırpılıb. Nəticədə avtomobildə olan rayonun Sarvan kənd sakinləri - 1995-ci il təvəllüdlü Qafarov Rabil Habil oğlu, 1989-cu il təvəllüdlü Əmənov Nazim Qabil oğlu və 1994-cü il təvəllüdlü Quliyev Pərvin İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |