Əsas Səhifə > Hadisə > Axtarışda olan ata və oğul polisə təslim olub
Axtarışda olan ata və oğul polisə təslim olub26-09-2018, 14:00 |
![]() Adam öldürməyə cəhdə görə axtarışda olan ata və oğlu polisə təslim olub. Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış, eləcə də profilaktiki tədbirlər nəticəsində Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan Ağdam rayon sakinləri Mübariz Əzimov və oğlu Ruslan könüllü olaraq Polis Bölməsinə gələrək istintaqa təslim olublar. Rubrika.Az Geri qayıt |