Əsas Səhifə > Hadisə > Putin Ermənistana səfərini təxirə saldı
Putin Ermənistana səfərini təxirə saldı26-09-2018, 18:26 |
|
Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri barədə rəsmi Moskvadan açıqlama gəlib. Rubrika.Az Modern.az-a istinadən xəbər verir ki, Putinin köməkçisi Yuri Uşakov Rusiya prezidentinin Ermənistana bu il gəlməsinin gözlənilmədiyini bildirib. Onun sözlərinə görə bu səfər üçün 2019-cu ilə köklənmək yaxşı olardı. “Həqiqətən də bizim prezidentimizin Ermənistana səfəri müzakirə olunub amma konkret tarixi haqda hələ ki, müzakirələr aparılmır” – Uşakov bildirib. Qeyd edək ki, Ermənistan mətbuatında Rusiya prezidenti Vladimir Putinin sentyabrda Ermənistana səfər edəcəyi barədə xəbər yayılıb. Rubrika.Az Geri qayıt |