Əsas Səhifə > Hadisə > Bakıda "Mercedes" piyadanı vurub öldürdü (FOTO)

Bakıda "Mercedes" piyadanı vurub öldürdü (FOTO)


26-09-2018, 21:53
Bakıda "Mercedes" piyadanı vurub öldürdü (FOTO)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Rubrika.Az Trend-e istinaden məlumatına görə, hadisə bu gün axşam saat 20 radələrində paytaxtın "Aeroport yolu"nda baş verib.

Yolun Qala qəsəbəsi ərazisindən keçən hissəsində Hava Limanı istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobil yolu keçən təxminən 45-50 yaşlı kişini vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Qəza yerinə Dövlət Yol Polisi və Xəzər rayon Polis İdarəsinin əməkdaşları gəliblər.

Ölən piyadanın şəxsiyyəti müəyyənləşdirilir.

Bakıda "Mercedes" piyadanı vurub öldürdü (FOTO)

Rubrika.Az
Geri qayıt