Əsas Səhifə > Hadisə > Çin ABŞ-a cavab verdi
Çin ABŞ-a cavab verdi26-09-2018, 22:10 |
|
Çin xarici işlər naziri Van İ bəyan edib ki, Pekin ünvanına yönəlmiş əsassız ittihamları qəbul etmir. Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, nazir ölkəsinin digər dövlətlərin daxili işlərinə qarışmadığını xüsusi vurğulayıb. “Qarışmama prinsipi Çinin xarici siyasətinin ənənəsidir”, - deyə o vurğulayıb. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Çin hakimiyyətini ABŞ Konqresinə aralıq seçkilərinə müdaxilə etməkdə günahlandırıb. O hesab edir ki, Pekin ABŞ-ın ticarət siyasətini dəyişmək üçün respublikaçıların qələbəsinə mane olmağa çalışır. Rubrika.Az Geri qayıt |