Əsas Səhifə > Hadisə > "Qarabağ" Azərbaycan Premyer Liqasında liderliyə yüksəlib
"Qarabağ" Azərbaycan Premyer Liqasında liderliyə yüksəlib26-09-2018, 23:15 |
![]() Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında I turun təxirə salınmış “Qarabağ” – “Zirə” oyunu keçirilib. Rubrika.Az “Report”a istinaden xəbər verir ki, Ağdam təmsilçisi “Azərsun Arena”da baş tutan görüşdə qələbə qazanıb - 3:2. Meydan sahiblərinin qollarına 28-ci dəqiqədə penaltidən Filip Ozobiç, 48 və 85-ci dəqiqələrdə İnnosent Emeqara imza atıb. Qonaqların heyətində isə 56 və 85-ci dəqiqələrdə Mirsahib Abbasov fərqlənib. Bu qələbə sayəsində xalını 13-ə çatdıran “Qarabağ” 1-ci pilləyə yüksəlib. Qurban Qurbanov rəhbərlik etdiyi kollektiv "Neftçi" ilə eyni xala malik olsa da, top fərqində üstün olduğu üçün liderə çevrilib. “Zirə” isə 1 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb. Rubrika.Az Geri qayıt |