Əsas Səhifə > Hadisə > ABŞ prezidenti FED-in son qərarından narazıdır

ABŞ prezidenti FED-in son qərarından narazıdır


27-09-2018, 11:16
ABŞ prezidenti FED-in son qərarından narazıdır

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmasından narazılığını bildirib.

“Report” bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Xatırladaq ki, ötən gün FED-in Açıq Bazar Əməliyyatları Komitəsinin 2 günlük iclası başa çatıb. İclasın yekununda uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 1,75-2%-dən 2-2,25%-ə çatdırılmasına qərar verilib.

“FED-in uçot dərəcəsini artırmaqdan xoşu gəlir. Bu, məni narahat edir. Onlar ABŞ-da vəziyyət yaxşı olduğuna görə faizləri qaldırdılar. Mən bundan narazıyam”, -deyə dövlət başçısı qeyd edib.

Rubrika.Az
Geri qayıt