Əsas Səhifə > Hadisə > "Xətai" stansiyası yaxınlığına gedən avtobuslar niyə gecikir? - Açıqlama
"Xətai" stansiyası yaxınlığına gedən avtobuslar niyə gecikir? - Açıqlama27-09-2018, 11:24 |
![]() Xəbər verdiyimiz kimi, bu gündən etibarən "Xətai" metrostansiyası aparılacaq təmir işləri ilə əlaqədar müvəqqəti bağlanıb. Bununla əlaqədar ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib. Lakin sərnişinlər avtobusların sayının azlığından, intervalın çox olmasından və sürücülərin ləng hərəkətindən şikayət edirlər. Məsələ ilə bağlı Open.az-a açıqlama verən BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, avtobusların intervalında olan gecikmələr əsasən, gün ərzində xüsusən də pik saatlarda müşahidə edilən sıxlıqla əlaqədardır: "Amma ümumi olaraq deyim ki, qeyd edilən xətlər üzrə sərnişindaşımanın vəziyyəti bizi də qane etmir. Avtobus parkının yenilənməsi gedir. Bu çərçivədə həmin istiqamətdə də avtobusların yenilənməsi olacaq. Komfortlu avtobuslar gətirildikdən sonra bu kimi sərnişinləri narahat edən xətlər yenilənəcək". Rubrika.Az Geri qayıt |