Əsas Səhifə > İdman > İlham Əliyev, Putin və Battulqa dünya çempionatının finalına baxmağa gediblər

İlham Əliyev, Putin və Battulqa dünya çempionatının finalına baxmağa gediblər


27-09-2018, 12:56
İlham Əliyev, Putin və Battulqa dünya çempionatının finalına baxmağa gediblər

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

Sentyabrın 27-də, çempionatın sonuncu – səkkizinci günündə qarışıq komanda yarışları keçirilir.

Rubrika.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Milli Gimnastika Arenasında keçirilən qarışıq komanda yarışlarına baxırlar.

Rubrika.Az
Geri qayıt