Əsas Səhifə > Dünya > Nigeriyada daşqınlar 199 nəfəri öldürdü
Nigeriyada daşqınlar 199 nəfəri öldürdü27-09-2018, 15:06 |
|
Nigeriyada güclü daşqınlar ağır fəsadlara yol açıb. Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, ölkənin 4 ştatında baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 199 nəfərə çatıb. Ölkənin Fövqəladə vəziyyətlər üzrə Agentliyi daşqınlar baş verən ştatlara yaxın ərazilərin də nəzarətdə saxlanıldığını bildirib. Nigeriya hökuməti artıq sentyabrın 18-dən ölkənin 4 ştatında daşqınlar səbəbindən milli fəlakət elan edib. Xilasetmə və tibbi yardım işlərinin aparılması üçün mərkəz açılıb. Rubrika.Az Geri qayıt |