Əsas Səhifə > Hadisə > Rusiya Azərbaycandan özünə təhlükə gözləmir - ŞƏRH

Rusiya Azərbaycandan özünə təhlükə gözləmir - ŞƏRH


27-09-2018, 19:03
Rusiya Azərbaycandan özünə təhlükə gözləmir - ŞƏRH

Rusiya prezidenti Vladimir Putinin Bakıya gerçəkləşən hazırkı səfərini 90-cı illərdən indiyədək böyük transformasiyaya uğramış Moskva-Bakı münasibətləri tarixində çox mühüm hadisə adlandırsaq, eləcə də, Qafqazlarda yenidən formalaşan geopolitik arxitekturanın əsas oxunu müəyyənləşdirməkdən və Azərbaycanı vazkeçilməz siyasi aktor kimi tanımaqdan ibarət olduğunu söyləsək, yanılmarıq.

Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bunu millət vəkili Zahid Oruc deyib.
Rusiya Azərbaycandan özünə təhlükə gözləmir - ŞƏRH

Onun sözlərinə görə, daha böyük müstəvidən baxanda, Qərblə böyük savaşın içərisində olan, Suriyada aktiv hərbi əməliyyatlar aparan və Ukraynadan fasiləsiz qaynar raportlar qəbul edən bir dövlətin lideri xarici siyasət qrafikində bir Qafqaz ölkəsinə təsadüfi yer ayıra bilməz.

O qeyd edib ki, artıq iki dövlət başçısının bu ay içərisində görüşlərinin ikinci dəfə keçirilməsinin şahidiyik və Soçidə Putin-Əliyev arasındakı yüksək səviyyəli danışıqlar regional informasiya məkanında bir gün də olsun, gündəlikdən düşmədi və hələ də təkcə ekspertlər, politoloqlar tərəfindən deyil, eləcə də, dövlət rəsmiləri səviyyəsində onun ətrafında təhlillər səngimir:

“Bəli, Azərbaycan fəal xarici siyasəti hesabına müxtəlif paytaxtlar və qitələr üçün cazibədar tərəfdaş halına gəlib. Diqqətlə baxdıqda, nə İran, nə Türkiyə və Rusiya haqda eyni fikirləri söyləmək mümkündür. Qlobal çarpışma və sanksiyalar müharibəsinin hədəfləri indi sözügedən üç dövlətdir. Burada kiçik qonşularımızın adını çəkməyə belə ehtiyac qalmır.

Rusiya Azərbaycandan özünə təhlükə gözləmir - ŞƏRH

Gürcüstan NATO ilə izdivacını başa çatıracağını elan etməklə Tehran və Moskvadan özünə son hökmləri qazanıb. Ermənistan isə indi inqilabı BMT tribunalarına daşımaqla onu əsl siyasi və maliyyə kapitalına döndərməyə çalışır.

Özü də təkcə bumu? Xeyr, üstəlik, Paşinyan öz personasını gah Saakaşviliyə, gah da son çxışında kəşf etdiyi Nelson Mandelaya bənzətməklə əsrlər boyu Rusiya dövlətçiliyi üçün çətin anlarda onları atıb gedən və yeni himayədarlar tapan xələflərinin rollarını təkrarlamağa çalışır”.

Millət vəkilinin dediyinə görə, halbuki dövlət siyasəti və xəyalpərəstlik antoqonist terminlərdir:

“Belə olan şəraitdə prezident Əliyev çox peşəkarlıqla uzun illər can atdığı hədəfə doğru irəliləməkdə davam edir.

Putinin Bakıya gəldiyi 27 sentyabr günlərində Bakıda böyük “ADEX-2018 Müdafiə sərgisi” keçirilir və dünyanın müxtəlif şirkətləri, hətta yerləşdiyimiz regiona tabu qoyan Fransa şirkətləri də ən müasir texnologiyaları götürüb qədim bir Şərq ölkəsinə can atır. 90-cı illərdə bunu ağıla gətirmək belə mümkünsüz idi. Söhbət heç puldan getmir.

Dünən TASS agentliyi tərəfindən yayılan məlumatı təhlil edənlər yaxşı görür ki, sərgiyə qatılan dövlətlərin təmsilçiləri, hansı ki, onların bir çoxu beynəlxalq məkanda hərbi və yaxud siyasi baxımından düşməndirlər, burada çox rahatlıqla, necə deyərlər, dinc bir şəkildə məhsullarını təqdim edirlər.

Şübhə yoxdur ki, həmin texnika və silahlar sabah döyüş meydanlarında üz-üzə gələcək. Lakin indi heç kəs Azərbaycanın hərbi embarqodan necə xilas olduğunu inkar edə bilmir, üstəlik, Rusiya özü burada fəal şəkildə balansın kəskin dəyişilməsində aktiv iştirak edir. Rusiya Azərbaycandan özünə təhlükə gözləmir. Ona görə 15 sentyabrda Türk ordu birləşmələrinin, İsrail silahlarının müşayiəti ilə keçirilən və bir əsr əvvəlki bolşevik-daşnak birləşmələrindən Bakının azad olunması şüarı altında mahiyyətcə Qarabağın işğaldan təmizlənməsini hədəf seçən hərbi paraddan hər hansı əndişə duymur.

O biri yandan Ankara-Moskva müttəfiqliyi son 600 ildə heç vaxt indiki səviyyəyə çatmayıb. Belə bir düzəndə cənab Əliyev Putini öz ölkəsində salamlayır və regionun gələcəyi ilə bağlı iki güclü liderin qərarları bağlı qapılar arxasında müzakirə edilir. Ermənistanı regional orbitə qaytarmaq üçün Azərbaycan ordusunun dəyənək obrazına hər iki paytaxtın - Moskva və Bakının ehtiyacı yoxdur.

Ona görə ki, Gümrü hərbi bazası və erməni sərhədlərini qoruyan rus hərbi birləşmələri istənilən vaxt Paşinyanı göylərdən yerə endirə bilər. Paşinyan Qərblə siyasi və maliyyə ittifaqı qurub, gəlib ruslarla hərbi ittifaq bağlayıb özünü Nelson Mandela kimi aparması “siyasi Don Kixot”luqdan başqa bir şey deyil”.


Rubrika.Az
Geri qayıt