Əsas Səhifə > Müsahibə > Novruz Məmmədov məxfi sənədin açılması ilə bağlı qərar verdi

Novruz Məmmədov məxfi sənədin açılması ilə bağlı qərar verdi


28-09-2018, 10:16
 Novruz Məmmədov məxfi sənədin açılması ilə bağlı qərar verdi

Nazirlər Kabinetinin gizli qərarlarından birinin açılması barədə qərar verilib.

Rubrika.Az-ın Oxu.Az-a istinadla məlumatına görə, bu barədə sənədi baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, “Əməliyyat-axtarış prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli, 139-6 nömrəli qərarının məxfiliyinin açılması barədə qərar verilib.

Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmış təklifinə əsasən verilib.

Rubrika.Az
Geri qayıt