Əsas Səhifə > Hadisə > Rusiya sərhədində ABŞ-ın müəmmalı kəşfiyyat əməliyyatı
Rusiya sərhədində ABŞ-ın müəmmalı kəşfiyyat əməliyyatı28-09-2018, 11:27 |
|
ABŞ Hərbi-Hava Qüvvələrinin pilotsuz uçan aparatı (PUA) Rusiyanın qərb sərhədləri yaxınlığında kəşfiyyat xarakterli uçuş edib. Rubrika.Az Oxu.Az-a istinadən xəbər verir ki, RQ-4А Global Hawk NATO-nun İtaliyadakı aviabazasından havaya qalxıb. Uçuş bir neçə saat davam edib. Bildirilir ki, PUA Litva hava məkanından Rusiyanın Kalininqrad vilayətinin şimal sərhədini monitorinq edib. Sonra RQ-4А Global Hawk Fin körfəzinə doğru uçub və Estoniya hava məkanından Leninqrad, habelə Pskov vilayətlərinin qərb sərhədlərini izləyib. Rubrika.Az Geri qayıt |