Əsas Səhifə > İdman > Bu gün Azərbaycan və Ermənistan komandaları üz-üzə gələcəklər
Bu gün Azərbaycan və Ermənistan komandaları üz-üzə gələcəklər28-09-2018, 11:46 |
![]() Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasındakı V tur görüşlərində üz-üzə gələcək komandaların heyətləri açıqlanıb. Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, Azərbaycanın kişilərdən ibarət yığmasından Şəhriyar Məmmədyarov Ermənistan təmsilçisi Levon Aronyanla birinci lövhədə üz-üzə gələcək. Onun bacısı Zeynəb Məmmədyarova da Yunanıstan millisinin lideri Anna-Mariya Botsari ilə qarşılaşmada ön lövhədə yer alacaq. Məmmədyarovla qara fiqurlarla mübarizə aparacaqlar. Komandaların heyətləri: Ermənistan - Azərbaycan Levon Aronyan - Şəhriyar Məmmədyarov Qabriel Sargissyan - Teymur Rəcəbov Qrant Melkumyan - Arkadi Naydiç Hayk Martirosyan - Rauf Məmmədov Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayacaq. Yunanıstan - Azərbaycan Anna-Mariya Botsari - Zeynəb Məmmədyarova Stavrula Tsolakidu - Xanım Balacayeva Anastasiya Avramidu - Gülnar Məmmədova Haritomeni Markantonaki - Ülviyyə Fətəliyeva Balacayeva və Fətəliyeva ağ, Məmmədyarova və Məmmədov qara fiqurlarla çıxış edəcək. Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Rubrika.Az Geri qayıt |