Əsas Səhifə > Hadisə > Azərbaycan-Rusiya əlaqələri hər iki ölkənin marağındadır - RƏY

Azərbaycan-Rusiya əlaqələri hər iki ölkənin marağındadır - RƏY


28-09-2018, 18:18
Azərbaycan-Rusiya əlaqələri hər iki ölkənin marağındadır - RƏY

Azərbaycan-Rusiya münasibətləri strateji xarakter daşıyır və ölkələrimiz arasında müxtəlif sahələrdə sıx əlaqələr mövcuddur.

Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

“Azərbaycan-Rusiya əlaqələrinin daha da inkişaf etdirilməsi hər iki ölkənin marağındadır”, - deyən Z.Əsgərov bildirib ki, Rusiya və Azərbaycan prezidentlərinin görüşləri son vaxtlar intensiv xarakter alıb.

Azərbaycan-Rusiya əlaqələri hər iki ölkənin marağındadır - RƏY

“Bu, başadüşüləndir. Çünki Azərbaycan-Rusiya münasibətləri strateji xarakter daşıyır və ölkələrimiz arasında müxtəlif sahələrdə sıx əlaqələr mövcuddur. Rusiya bizim üçün yaxın dost, qonşu dövlətdir. Rusiyanın regionları ilə Azərbaycan arasında sıx əlaqələr var. İqtisadi münasibətlərimiz yüksələn xətlə inkişaf edir.
Azərbaycan-Rusiya əlaqələri hər iki ölkənin marağındadır - RƏY
Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfəri, prezident İlham Əliyevlə görüşü, Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirilməsi çox əlamətdar bir haldır.

Əminəm ki, bundan sonra da Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etdiriləcək”, - deyə MM sədrinin birinci müavini vurğulayıb.


Rubrika.Az

Geri qayıt