Əsas Səhifə > Hadisə > Düşənbədə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında söhbət olub

Düşənbədə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında söhbət olub


28-09-2018, 23:59
Düşənbədə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında söhbət olub

Rubrika.Az AzerTac-a istinaden xeber verir ki, Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub.


Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.


Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.


Rubrika.Az

Geri qayıt