Əsas Səhifə > Hadisə > Babək prospektinə giriş qısa müddətə məhdudlaşdırılır

Babək prospektinə giriş qısa müddətə məhdudlaşdırılır


29-09-2018, 11:15
Babək prospektinə giriş qısa müddətə məhdudlaşdırılır

Aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq şəhər istiqamətindən Babək prospektinə giriş qısa müddətə məhdudlaşdırılır.

Rubrika.az-ın “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, məhdudlaşma sentyabrın 29-dan 30-na keçən gecədən etibarən və prospekt boyunca hissə-hissə tətbiq ediləcək.

"Yarana biləcək müvəqqəti narahatlığa görə, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir", - məlumatda qeyd olunub.

Rubrika.Az
Geri qayıt