Əsas Səhifə > Hadisə > Sevgilisi tərəfindən yandırılan qadının son paylaşımı KÖVRƏLTDİ - FOTO
Sevgilisi tərəfindən yandırılan qadının son paylaşımı KÖVRƏLTDİ - FOTO29-09-2018, 13:23 |
|
Bursada sevgilisi tərəfindən üzərinə benzin tökülərək yandırıldıqdan sonra lüt halda yolun ortasına atılan gənc qadının sosial şəbəkə hesabından etdiyi son paylaşımı ortaya çıxıb. Rubrika.Az yenicag.az-a istinadla bildirir ki, Şengül Vatansever adlı gənc qadının paylaşımını təqdim edirik: "Məsələ sevmək deyil, əzizim. Kimdən soruşsan hər kəs sevir zatən. Mühüm olan gözəl sevə bilmək, incitmədən, yormadan, əzab vermədən". Qeyd edək ki, Şengül Vatansever adlı qız sevgilisi Ümit V.-yə ayrılmaq istədiyini dedikdə, oğlan onunla mübahisə edib və avtomobildəki benzini onun üzərinə tökərək yandırıb. 2 uşaq anası olduğu ortaya çıxan gənc qadının ərindən bir müddət öncə ayrıldığı məlum olub. Rubrika.Az Geri qayıt |