Əsas Səhifə > Hadisə > Donetskdəki partlayışda “DXR” rəhbərliyinə namizəd yaralandı - YENİLƏNİB

Donetskdəki partlayışda “DXR” rəhbərliyinə namizəd yaralandı - YENİLƏNİB


29-09-2018, 18:58
Donetskdəki partlayışda “DXR” rəhbərliyinə namizəd yaralandı - YENİLƏNİB

Donetskdə partlayış zamanı tanınmamış Donetsk Xalq Respublikasının (DXR) rəhbərliyinə namizəd İqor Xakimzyanov yaralanıb.

Rubrika.Az Oxu.Az-a istinadən xəbər verir ki, Xakimzyanov partlayışın qurultay keçirilən binaya daxil olarkən baş verdiyini bildirib.

“Mən ayılanda, əynimdəki paltar yanırdı. Həkimlər lazımı kömək göstərdilər”, - deyə o vurğulayıb.

İlkin məlumata görə, partlayış nəticəsində dörd nəfər yaralanıb. Şahidlərin sözlərinə görə, partlayıcı qurğu zaldakı oturacaqların birinin altına yerləşdirilmişdi.

15.04

Donetskdə yerli kommunist partiyasının qurultayında partlayış baş verib.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı üç nəfər yaralanıb.

Bildirilir ki, qurultay keçirilən binada mənşəyi məlum olmayan partlayıcı qurğu işə salınıb.


Rubrika.Az
Geri qayıt