Əsas Səhifə > Hadisə > ABŞ Əsədə ultimatum verdi

ABŞ Əsədə ultimatum verdi


29-09-2018, 22:14
ABŞ Əsədə ultimatum verdi

Əgər Suriya hökuməti yeni konstitusiya layihəsi üzərində işləməkdən imtina etsə, ABŞ tərəfdaşları ilə birlikdə bu ölkəyə qarşı sərt sanksiyalar irəli sürəcək.

Rubrika.Az Musavat.com-a istinaden xeber verir ki, bunu “Reuters”ə müsahibəsində ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri deyib.

“Əgər rejim bunu etməsə, biz onlarla 2015-ci ildə İranla davrandığımız kimi hərəkət edəcəyik”, - Ceffri bildirib.

Diplomat əlavə edib ki, ABŞ “təcrid siyasəti”ni də tətbiq edə bilər.

“Əgər BMT Təhlükəsizlik Şurası sanksiyaları təsdiqləməsə, biz bunu Avropa Birliyi və asiyalı tərəfdaşlarımız vasitəsilə edəcəyik”, - deyə xüsusi nümayəndə bildirib.


Rubrika.Az
Geri qayıt