Əsas Səhifə > Hadisə > Sabahın HAVAsı
Sabahın HAVAsı1-10-2018, 13:15 |
|
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 24-28, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək. Oktyabrın 2-3-də Abşeron yarımadasında sabit hava şəraiti və komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Rubrika.Az Geri qayıt |