Əsas Səhifə > Hadisə > SON DƏQİQƏ: Bakıda dəhşətli qəza: qatar avtobusla toqquşdu - FOTO
SON DƏQİQƏ: Bakıda dəhşətli qəza: qatar avtobusla toqquşdu - FOTO1-10-2018, 15:33 |
![]() Bakının Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusu yük qatarı ilə toqquşub. Rubrika.Az “Report”a istinadla xəbər verir ki, toqquşma nəticəsində xəsarət alan 8 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb. Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova “Report”a bildirib ki, xəstəxanaya aparılan yaralılardan biri dünyasını dəyişib. Nazirlik rəsmisi əlavə edib ki, hadisə yerinə 10 həkim briqadası göndərilib. RUBRİKA.AZ Geri qayıt |