Əsas Səhifə > Hadisə > Azərbaycanda taksidə siqaret çəkmək qadağan olundu - CƏRİMƏLƏR
Azərbaycanda taksidə siqaret çəkmək qadağan olundu - CƏRİMƏLƏR1-10-2018, 18:53 |
|
Milli Məclis ictimai nəqliyyatda siqaret çəkməyin qadağan edilməsi barədə qanun layihəsi qəbul edib. Rubrika.Az Oxu.Az-a istinaden xəbərinə görə, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə tətbiq olunacaq. Bundan əlavə sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlər də cərimələnəcəklər. Layihə Milli Məclisdə səsverməyə çıxarılaraq qəbul olunub. Rubrika.Az Geri qayıt |