Əsas Səhifə > Hadisə > Küveyt ABŞ-a neft ixracını dayandırıb
Küveyt ABŞ-a neft ixracını dayandırıb1-10-2018, 21:09 |
![]() Küveytin sentyabr ayında ABŞ-a neft ixracını dayandırıb. “Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu İraqla hərbi münaqişələrinin baş verdiyi 1992-ci ildən sonra ilk dəfədir baş verir. Bu, Asiya ölkələrində enerji daşıyıcılarının ABŞ-dan daha yüksək qiymətə satılması ilə bağlıdır. “İrana qarşı mövcud sanksiyalar başqa neft istehsalçılarına ABŞ-dan baha olduğu üçün Asiyaya daha çox neft satmaq fürsəti verir” - “Lipow Oil Associates” məsləhətçi şirkətinin rəhbəri Andi Lipou bildirib. “Bloomberg” qeyd edib ki, Küveyt neftinin bir bareli ABŞ-da 79 dollara, Asiya bazarlarında isə, təqribən, 80 dollara satılır. Rubrika.Az Geri qayıt |