Əsas Səhifə > Hadisə > Dağıstanda məktəbdə zəhərlənmə - 19 uşaq xəstəxanalıq oldu
Dağıstanda məktəbdə zəhərlənmə - 19 uşaq xəstəxanalıq oldu1-10-2018, 23:22 |
![]() Dağıstanın Kaspiysk şəhərində məktəblərdən birinin yeməkxanasında qida zəhərlənməsi baş verib. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, 8-9 yaşlı 19 məktəbli xəstəxanaya yerləşdirilib. Onların hamısına qida zəhərlənməsi diaqnozu qoyulub. Hazırda faktla bağlı araşdırmalara başlanılıb. Məktəbin məsul şəxsləri istintaqa cəlb olunub. Rubrika.Az Geri qayıt |