Əsas Səhifə > Hadisə > Bakıda baş verən dəhşətli qəzada yaralanan şəxslərdən biri ölüb
Bakıda baş verən dəhşətli qəzada yaralanan şəxslərdən biri ölüb2-10-2018, 12:24 |
![]() Bakıda baş verən qəzada ölənlərin sayı artıb. Rubrika.Az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, qəza zamanı iki nəfər ölüb: “Onlardan biri 13 yaşlı məktəbli, digər isə 60 yaşlı kişi olub. Qəza zamanı 40 nəfər xəsarət alıb”. Səhiyyə Nazirliyindən verilən məlumata görə, Bakının Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusunun yük qatarı ilə toqquşması nəticəsində yaralananlardan 12 nəfəri hazırda xəstəxanada müalicə alır: “Onlardan beş nəfəri reanimasiyadadır. Yaralılardan altı nəfəri Klinik Tibbi Mərkəzə müraciət edib. İki nəfərə yerində yardım göstərilib, dörd nəfərin müalicəsi davam etdirilir”. Rubrika.Az Geri qayıt |