Əsas Səhifə > Hadisə > Serj Sarqsyanın qardaşı daha bir vəzifəsini itirdi
Serj Sarqsyanın qardaşı daha bir vəzifəsini itirdi2-10-2018, 18:57 |
|
Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı Levon Sarqsyan daha bir vəzifəni itirib. Oxu.Az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu gün Ermnistan baş naziri Nikol Paşinyan Saqrsyanın xüsusi məsələlər üzrə səfir vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamın mətni hökumətin rəsmi saytında dərc edilib. Sentyabrın sonunda Sarqsyanın Yerevan Dövlət Universitetində kafedra müdiri vəzifəsindən azad edildiyi açıqlanmışdı. Xatırladaq ki, bu ilin iyulunda Levon Sarqsyan və qızı Ani barəsində axtarış elan edilib. Onlara qarşı qanunsuz varlanma və başqasının mülkiyyətini mənimsəmə maddələri ilə ittiham irəli sürülüb. Rubrika.Az Geri qayıt |