Əsas Səhifə > Hadisə > Biri liseydə müəllim, digəri isə evin tək övladı idi... -FOTOLAR

Biri liseydə müəllim, digəri isə evin tək övladı idi... -FOTOLAR


2-10-2018, 19:17
Biri liseydə müəllim, digəri isə evin tək övladı idi... -FOTOLAR

Dünən Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində 13 yaşlı məktəbli və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu dünyasın dəyişib.

GoldNews. az qəza nəticəsində dünyasını dəyişən şəxslərin kimliyini araşdırıb.

Məlum olub ki, 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu Abşeron Binə Peşə Liseyində müəllim işləyib. O, uzun illərdir liseydə xüsusi fənlər (traktor və avtomobillər) üzrə dərs deyib. Ş.Əliyev yaşının çox olmasına baxmayaraq subay olub, övladı olmayıb. Nizam-intizamlı müəllim olub.

Dünyasını dəyişən 13 yaşlı Yusif Tahir oğlu Dadaşzadə Bakının Xəzər rayonu 218 saylı məktəbinin 7-ci sinif şagirdi olub. O, ailənin tək övladı olub.(Faktor.az)
Biri liseydə müəllim, digəri isə evin tək övladı idi... -FOTOLAR
Biri liseydə müəllim, digəri isə evin tək övladı idi... -FOTOLAR


Rubrika.Az
Geri qayıt