Əsas Səhifə > Hadisə > Terrorçu özünü siyasətçinin ofisində partlatdı- 13 ölü, 40 yaralı
Terrorçu özünü siyasətçinin ofisində partlatdı- 13 ölü, 40 yaralı2-10-2018, 23:40 |
![]() Əfqanıstanda parlament seçkilərinə namizədin seçkiqabağı görüşü zaman partlayış baş verib. Rubrika.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, terrorçu-kamikadze siyasətçi Nasir Mohmondun ofisinə hücum edərək partlayıcı qurğunu işə salıb. Nəticədə 13 nəfər ölüb, 40 nəfər isə yaralanıb. Hələ ki heç bir qruplaşma baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib. Qeyd edək ki, Əfqanıstanda parlament seçkiləri ölkədəki qeyri-stabil situasiya ilə əlaqədar yaranan iki illlik gecikmədən sonra oktyabrın 20-də keçiriləcək. Sonuncu dəfə Əfqanıstanda parlament seçkiləri 2010-cu ildə baş tutub. Rubrika.Az Geri qayıt |