Əsas Səhifə > İdman > "Qarabağ" - "Arsenal" oyununa 55 min bilet satılıb
"Qarabağ" - "Arsenal" oyununa 55 min bilet satılıb3-10-2018, 10:30 |
|
UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Arsenal" (İngiltərə) oyununa artıq 55 min bilet satılıb. Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, oktyabrın 4-ü Bakı Olimpiya Stadionunda baş tutacaq matçın biletləri sentyabrın 20-dən satışa çıxarılıb. Biletlərin qiymətləri 2 AZN, 5 AZN, 15 AZN, 20 AZN və 50 AZN-dir. Stadionun qapıları oyunun başlama saatından (20:55) 3 saat öncə açılacaq. Qeyd edək ki, Bakı Olimpiya Stadionunun tutumu 68 700 yer təşkil edir. Xatırladaq ki, "Qarabağ" ilk oyunda səfərdə "Sportinq" (Portuqaliya) klubuna 0:2 hesabı ilə məğlub olmuşdu. Rubrika.Az Geri qayıt |