Əsas Səhifə > Mədəniyyət > Bakıdakı dəhşətli qəzada xəsarət alanların adları - Video
Bakıdakı dəhşətli qəzada xəsarət alanların adları - Video3-10-2018, 10:38 |
|
Bakıda sərnişin avtobusu qatarla toqquşub. Rubrika.Az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib. Belə ki, 160 saylı marşurut xətti ilə hərəkət edən içərisi sərnişinlə dolu avtobus qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub. Ölən və yaralananlar var. Sərnişinlərin əksəriyyətinin məktəbli olduğu bildirilir. *** Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəsmisi Səfayə Əhmədova Axar.az-a bildirib ki, hadisə yerinə 10 təcili tibbi yardım briqadası cəlb edilib. "Ümumilikdə xəstəxanaya 17 yaralı aparılıb. Onlardan 11-i 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb. 1 nəfər yolda dünyasını dəyişib. Digər yaralılar başqa xəstəxanalara yerləşdirilib. Yaralıların 10-u kişi, 7-si qadındır", - S.Əhmədova bildirib. *** S.Əhmədova qəza nəticəsində yaralananların sayının 26 nəfərə çatdığını, ölənin isə uşaq olduğunu bildirib. *** Nazirlik sözçüsünün xəbərinə görə, yaralananaların sayı 34-ə çatıb. "Dünyasını dəyişən 13 yaşlı oğlandır. Avtobus sürücüsü bütün qaydaları pozaraq qəzaya səbəb olub. Yaralılardan 2-si Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 3-ü 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib" - S.Əhmədova bildirib. *** Bakıda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. *** Səhiyyə Nazirliyinin aparıcı mütəxəssisləri 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) ezam olunublar. Bu barədə Report-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib. Onun sözlərinə görə, briqadaya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru İlqar Qasımov, uşaq travmatoloqları, ortopedləri, neyrocərrahları və digərlər daxildir. Mütəxəssislər həmin xəstəxanada olan 5 uşağın müalicəsi ilə məşğuldur. Hazırda onlardan ikisi əməliyyat olunur. *** Bakıda qatarla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alaraq 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilən 27 nəfərin adları məlum olub. Hadisə nəticəsində xəsarət alanlar - 1979-cu il təvəllüdlü Əliyev Müdafiə Fazil oğlu, 1963-cü il təvəllüdlü Abbasəliyeva Qaratel Baxşəli qızı, 1968-ci il təvəllüdü Ağayeva Aybəniz Aslan qızı, 1995-ci il təvəllüdlü Mustafayeva Rəmzi Şəfayət qızı, 1999-cu il təvəllüdlü Qasımova Əsli Səfər qızı, 1999-cu il təvəllüdlü Səfərli Ülviyyə Fariz qızı, 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu, 1992-ci il təvəllüdlü İsmayılova Şəhla Rasim qızı, 1984-cü il təvəllüdlü Əliyev Ruslan İmran oğlu, 1999-cu il təvəllüdlü Ağayeva Rubay Cəfər qızı, 1995-ci il təvəllüdlü Aşurova Şəhla Fərrux qızı, 1981-ci il təvəllüdlü Məmmədova Güladə Mirzəli qızı, Novruz Salmanov, 2000-ci il təvəllüdlü Hacızadə Ofelya Anar qızı, 1985-ci il təvəllüdlü İsmayılov Məhəmməd Vidadi oğlu, 1984-cü il təvəllüdlü Ağayev Camal Ağadaş oğlu, 1987-ci il təvəllüdlü Əzimov Məmməd Sabir oğlu, 1969-cu il təvəllüdlü Bayramov Tanrıverdi Əsəd oğlu, 1964-cü il təvəllüdlü Əsgərli Bəhruz Mirzə oğlu, 1986-cı il təvəllüdlü Şirəliyev Əlixan Əlibaba oğlu, 1986-cı il təvəlıüdlü Mehdiyev Aslan Loğman oğlu, 1995-ci il təvəlıüdlü Aşurova Əlvanə Fərrux qızı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 3 nəfərin vəziyyəti ağır olduğundan əməliyyat olunublar. Hadisə nəticəsində xəsarət alan 5 nəfər azyaşlı - 2013-cü il təvəllüdlü Mustafayeva Xədicə Fuad qızı, 2013-cü il təvəllüdlü Aşurova Günay Rizvan qızı, 2003-cü il təvəlıüdlü Razimova Sona Mahir qızı, 2010-cu il təvəllüdlü Əliyev Murad Müdafiə oğlu və 2008-ci il təvəllüdlü Əliyeva Fatimə Müdafiə qızı həmin xəstəxanaya yerləşdirilib. Xəstəxanadan Trend-ə bildiriblər ki, azyaşlıların həyatı təhlükəsi yoxdur. Rubrika.Az Geri qayıt |