Əsas Səhifə > Hadisə > Bir gündə 5 qəza: 2 ölü, 7 yaralı

Bir gündə 5 qəza: 2 ölü, 7 yaralı


3-10-2018, 11:00
Bir gündə 5 qəza: 2 ölü, 7 yaralı

Daxili İşlər Nazirliyi ötən gün ərzində qeydə alınan cinayət və hadisələr haqqında xüsusi məlumat açıqlayıb.

Rubrika.Az Teleqraf.com-a istinadla xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Rubrika.Az
Geri qayıt