Əsas Səhifə > Hadisə > 180 min rüşvət verən polkovnikin işdən çıxarılmasına qadın dustağın reaksiyası: "Haqsızlıq var"
180 min rüşvət verən polkovnikin işdən çıxarılmasına qadın dustağın reaksiyası: "Haqsızlıq var"3-10-2018, 16:19 |
![]() Oğlunu universitetə qəbul etdirmək istəyən müğənni dələduzluğun qurbanı olub. Ona qarşı dələduzluq edən şəxs hakim qarşısına çıxarılıb. Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahidlərdən birinin ağır xəstə olduğu üçün məhkəməyə gələ bilmədiyi elan edilib. Bu səbəbdən məhkəmə iclası oktyabrın 10-na təxirə salınıb. Məhkəmə iclasında Məlahət Məmmədova onun işində zərərçəkmiş kimi tanınan Rəsul Quliyevin işdən çıxarıldığını öyrənib. Məlahət Məmmədovanın bu xəbərə reaksiyası belə olub: "Çünki bu işdə ədalətsizlik, haqsızlıq var". Xatırladaq ki, sonuncu prosesdə Rəsul Quliyev ifadə verərək demişdi ki, təqsirləndirilən şəxs Məlahət Məmmədova ondan hərbi komissarlığa işə düzəltmək adı ilə pul alıb. Amma iş alınmadığı üçün pul geri qaytarılıb. "Məndən 2010-cu ildə 180 min işə düzəltmək adı ilə pul almışdı. Sonra da qaytardı. Mən özüm hərbi komissarlıqda işləmişəm. Amma həmin vaxt ehtiyatda idim"- deyən Rəsul Quliyev daha sonra suallara cavab verib. Məlum olmuşdu ki, Rəsul Quliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi işləyitmiş. Rəsul Quliyev rüşvət verdiyini etiraf edəndən cəmi bir gün sonra işdən azad edildi. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov tərəfindən sərəncama götürülüb və vəzifədən kənarlaşdırılıb. M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb. M.Məmmədova deyib ki, 2012-ci ildə dələduzluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb. Bildirək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından istifadə edərək onları aldadıb. M.Məmmədovanın bu iş üzrə ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirdiyi bildirilir. Zərərçəkmişlərdən biri də Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimovadır. İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib. K.Kərimovadan bu məqsədlə Məmmədovaya ümumilikdə 32 min manat pul verib. M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir. Rubrika.Az Geri qayıt |