Əsas Səhifə > Hadisə > Putindən Trampa: Güzgüyə baxmalısan!
Putindən Trampa: Güzgüyə baxmalısan!3-10-2018, 18:22 |
|
Rusiya prezidenti Vladimir Putin bildirib ki, neftin qiymətinin artması ilə bağlı günahkarı axtaran zaman Donald Tramp güzgüyə baxmalıdır. Oxu.Az bununla bağlı TASS agentliyinə istinadla məlumat yayıb. “Bizim Trampla Helsinkidə yaxşı görüşümüz oldu. Ancaq əgər indi müzakirə etdiyimiz mövzuya toxunsaydım, ona məsləhət görərdim ki, güzgüyə baxsın”, - Putin deyib. Rusiyalı lider əlavə edib ki, Sovet İttifaqında olduğu kimi, qiymətləri tənzimləməyə çalışmağa dəyməz. “Bu, yaxşı nəticələnməyəcək”, - o qeyd edib və deyib ki, neftin bir barelinin 65-75 dollar olması Rusiyanı qane edir. Rubrika.Az Geri qayıt |