Əsas Səhifə > Hadisə > “Mənə qarşı çaşanları susdurmağa qadirəm” – Günel əsəbləşdi
“Mənə qarşı çaşanları susdurmağa qadirəm” – Günel əsəbləşdi3-10-2018, 18:34 |
![]() Şou-biznesdə növbəti qalmaqalın əsası qoyulub. Rubrika.Az Musavat.com-a istinaden xəbər verir ki, müğənni Günel Ələkbərova ilə prodüser Tolik sosial şəbəkədə mübahisə ediblər. Belə ki, Günelin doğum günündən paylaşdığı canlı yayıma Tolik qoşulub və ifaçını tənqid edib. Prodüser "Mən gedən məclislərdə əsl ulduzlar olur", "Günel yaxşı qızdır, amma mənim statusum…", “Baxıram, elə düşünürəm ki, düz edib getməmişəm", "Dəhşət, adam qalmayıb ki…", "Hamı Aygün Kazımova olmaq istəyir" kimi rəylər qeyd edib. Günel Ələkbərova həmin şərhləri “İnstagram” səhifəsində paylaşaraq Tolikə cavab verib: “Sənə zəng vurdum, götürmədin. Məni bu status yazmağa məcbur etdin. İndi mənə yaxşı qulaq as. İkinci dəfədir ki, mənə söz atırsan. Məni bəziləri ilə səhv salma! Heç kimin yanında artıq-əksik işim olmayıb. O cümlədən də sənin… Həmişə insanları olduğu kimi qəbul edib, hörmətlə yanaşmışam. Amma hörmətsizlik edib, mənə qarşı çaşanları susdurmağa qadir biriyəm. Bunu yaxşı bilirsən. Görünür ki, məclisimə gələn qonaqlar sənin üçün maraqlı olub ki, vaxtını belə şeylər yazmağa həsr etmisən. Son olaraq deyirəm, mənə ilişmə”. Rubrika.Az Geri qayıt |