Əsas Səhifə > Hadisə > Azərbaycanda elektromobil istehsal olunacaq - FOTO
Azərbaycanda elektromobil istehsal olunacaq - FOTO3-10-2018, 19:06 |
![]() Naxçıvanda elektriklə işləyən avtomobillər istehsal ediləcək. Rubrika.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev bildirib. Onun sözlərinə görə, artıq bu istiqamətdə NAZ-da hazırlıqlara başlanılıb. Layihənin qısa zamanda həyata keçirilməsi planlaşdırılır. Bundan başqa, zavod “LİFAN minivenlər”inin bazasında təcili tibbi yardım üçün istifadə oluna biləcək avtomobillərin 2019-cu ilin əvvəlində təcrübə-sınaq məqsədilə eksperimental nümunələrinin yığımı da həyata keçiriləcək. Musa Abdullayev qeyd edib ki, 2010-cu ildən fəaliyyət göstərən zavodda bu günədək 5 mindən çox avtomobil istehsal olunub. Zavodda ilkin olaraq “LİFAN” markalı 4 model avtomobil istehsal olunub və “NAZ-LİFAN” brendi altında satışa çıxarılır. Hazırda ticari avtomobillər də daxil olmaqla, 14 fərqli model istehsal edilir. Rubrika.az Geri qayıt |