Əsas Səhifə > Hadisə > Aleksandr İsgəndəryan: “Bakı heç vaxt Dağlıq Qarabağın tərəf kimi masa arxasına əyləşməsinə razılıq verməz”

Aleksandr İsgəndəryan: “Bakı heç vaxt Dağlıq Qarabağın tərəf kimi masa arxasına əyləşməsinə razılıq verməz”


3-10-2018, 19:24
Aleksandr İsgəndəryan: “Bakı heç vaxt Dağlıq Qarabağın tərəf kimi masa arxasına əyləşməsinə razılıq verməz”

Rubrika.Az Musavat.com-a istinaden xeber verir ki, Erməni politoloq, Qafqaz institutunun direktoru Aleksandr İsgəndəryan İlham Əliyev-Nikol Paşinyan arasındakı ayaqüstü görüşü müsbət hadisə hesab edib.

“Ermənistanda baş verən hadisələrdən sonra Paşinyan mütləq kontakt yaratmaq üçün cəhd etməli idi. Bu mənada istənilən belə təmas prosesin davam etməsi üçün sərmayə sayılır”,- İsgəndəryan Ermənistanın 1-ci informasiya saytına müsahibəsində deyib.

Müxbirin “bu görüşdən sonra nəsə dəyişə bilərmi” barədə sualına cavab olaraq İsgəndəryan deyib: “Hesab aedirəm ki, Bakıya gərginliyn azalması lazım deyil və Azərbaycan bunun üçün səbəb də axtarmır. Atəşkəs rejimi Düşənbədəki görüşdən sonra da pozulmaqda davam edir. Bakıda anti-Ermənistan mitinqləri başlayıb. Orada isə hökumətin xəbəri olmadan heç nə baş vermir”.

Erməni politoloqun fikrincə, görüş Minsk qrupundakı bir sıra təmasların ardıcıl olmasına xidmət edə bilər. Lakin o görüşü Minsk qrupunun çərçivəsində dəyərləndirmədiyini sözlərinə əlavə edib.

Aleksandr İsgəndəryan rəsmi Bakının bundan sonra da Dağlıq Qarabağın tərəf olaraq masa arxasında əyləşməsinə izn vermyəcəyini bildirib. O bunun həm Köçəryan, həm də Serj Sərkisyan dövründə də dəfələrlə dilə gətirildiyini xatırladıb.

A.İsgəndəryan Paşinyanın Dağlıq Qarabağın 3-cü tərəf olaraq iştirak etməli olduğu barədə sözlərini daha çox daxil auditoriya üçün, səsləndirdiyini vurğulayıb.


Rubrika.Az
Geri qayıt